Məşhur italyan yazıçısı və tarixçisi Rafaello Covanyolinin bədii yaradıcılığında Qədim Roma və İtaliya tarixi əsas yer tutur. “İtaliyanın siyasi tarixi”, “Pelleqrino Rossi və Roma Respublikası”, “Çiçeruakio və don Pirleno”, “Spartak” ədibin məşhur əsərlərindəndir.
R.Covanyolinin 1874-cü ildə nəşr olunmuş “Spartak” romanının dünya ədəbiyyatı tarixində xüsusi yeri vardır. Əsərdə eramızdan əvvəl I əsrdə Romada qullar üsyanına başçılıq etmiş Spartakın azadlıq uğrunda mübarizəsindən bəhs olunur.