Onun ömür yolu Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat hekayəsinə bənzəyir. Şəmsəddin Eldəniz kimi o da uşaq ikən qul olaraq satılmış, lakin ağlı, iradəsi və cəsarəti ilə adi qulamdan Misir Məmlük dövlətinin sultanlığınadək yüksəlmişdi. Söhbət Dəşti-Qıpçaq çöllərində doğulan, ona görə də “Çöl qaplanı” ləqəbi ilə məşhurlaşan, üzləşdiyi bütün məşəqqətlərə, məhrumiyyətlərə baxmayaraq türk-müsəlman Şərqinin ən görkəmli siyasi və hərbi xadimlərindən birinə çevrilən Baybarsdan gedir.