Kitabın kodu 9789952244076
Kitabın ölçüləri 135x195
Səhifələrin sayı 128
Qiymət 3 M

Kitab haqqında qısa məlumat

Görkəmli ingilis yazıçısı Alan Aleksandr Miln 1882-ci ildə Londonda dünyaya gəlib. Uşaqlıqda yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Müxtəlif janrlarda əsərlər yazsa da, ona dünya şöhrəti gətirən «Vinni-Puhun nağılları» olmuşdur. Əsərin əsas qəhrəmanları müəllifin oğlu Kristofer Robinlə oyuncaq ayı balası Vinni-Puh, bir də onların oyuncaq dostlarıdır.
Bu qəribə oyuncaqlar meşədə yaşayır, canlı varlıqlar kimi həyatın müxtəlif çətin sınaqlarından çıxırlar. Dərin yumorla yazılmış «Vinni-Puhun nağılları» nəinki uşaqlar, hətta böyüklər tərəfindən də maraqla oxunur. Dünyanın əksər dillərinə çevrilmiş bu əsər əsasında saysız-hesabsız cizgi filmləri çəkilib.
Miln 1956-cı ildə vəfat etsə də, adı «Vinni-Puhun nağılları» sayəsində əbədi yaşayacaqdır.

There are many variations of passages of Lorem Ipsum available