a a a a a
SON NƏŞR

Redyard Kiplinq ədəbiyyat üzrə Nobel mükafatı almış ilk ingilis yazıçısı, şairi və novellaçısıdır. O bu mükafata “müşahidə etmək bacarığına, parlaq fantaziyasına,  ideya bitkinliyinə və rəvayətçilik istedadına görə" layiq görülmüşdür. Mükafatı alan zaman R.Kiplinq artıq on üç cild təşkil edən novellaların, dörd romanın, uşaqlar üçün yazılmış üç hekayələr kitabının, çoхsaylı məqalələrin, yol qeydlərinin və yüzlərlə şeirin müəllifi kimi tanınırdı. 

Tükənməz istedadı, sərrast və zəngin dili olan yazıçının hələ sağlığında əsərlərinin tam külliyyatı çap edilmişdir. R.Kiplinqin ən məşhur əsərləri "Cəngəlliklər kitabı", "Kim" və "Sonuncu nəğmə oxunuşu" sayılır. Yazıçının metaforalarla dolğun əsərləri ingilis dilini xeyli zənginləşdirmişdir.

ARTIQ SATIŞDA

Fransız yazıçısı E.d'Ervili bir çox komediyaların, tarixi və macəra romanlarının müəllifidir. Əsərlərini, əsasən, 1868-1903-cü illər arasında yazmışdır. E.d'Ervili uşaq ədəbiyyatından da yan ötməmişdir. Onun uşaqlar üçün yazdığı ən məşhur əsərləri "Uşaqlığın qızıl əsri, əxlaqi şən əhvalatlar", "Şahnazə Franjipanın sərgüzəştləri" və "İbtidai oğlanın macəraları"dır. "İbtidai oğlanın macəraları" əsəri min illər bundan əvvəl yaşamış Krek adlı oğlanın macəralarından, ibtidai insanın təhlükə və çətinliklərlə dolu həyatından bəhs edir.

ARTIQ SATIŞDA

Məşhur rus yazıçısı, rejissor, ssenarist, aktyor Vasili Makaroviç Şukşin 1929-cu ildə Altay əyalətinin Srostki kəndində anadan olmuşdur. Ədəbi yaradıcılığa əsgərlik illərindən maraq göstərmişdir. 1954 1960 cı illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya 
İnstitutunun rejissorluq bölməsində təhsil almışdır. Həmin illərdə müəlliminin məsləhəti ilə hekayələrini müxtəlif mətbu orqanlarda çap etdirməyə başlamışdır. 1958-ci ildə "Arabada iki nəfər" adlı ilk hekayəsi, daha sonra "Həqiqət", "Nurluürəklər", "Styopkanın məhəbbəti", "İmtahan" və s. hekayələri işıq üzü görmüşdür. 1963-cü ildə ilk kitabı – "Kənd sakinləri" adlı hekayələr toplusu çapdan çıxmışdır.

V.Şukşin 1966-cı ildən kino fəaliyyətinə başlamışdır.“İki Fyodor”, “Belə bir oğlan yaşayır”, “Məni işıqlı gələcəyə çağır” filmləri ona böyük şöhrət qazandırmışdır. V.Şukşinin ssenaristi, rejissoru və baş rolun ifaçısı olduğu “Qırmızı başın ağacı” filmi 1974-cü ildə Bakıda keçirilmiş Ümumittifaq Kino Festivalının baş mükafatına layiq görülmüşdür.


TEZLİKLƏ SATIŞDA

Lüğətdə Azərbaycanın orta ümumtəhsil məktəblərində Azərbaycan dili və Ədəbiyyat fənlərinin tədrisində istifadə olunan 1600-dən çox terminin izahı verilmişdir. Lüğət orta məktəb şagirdləri, müəllimləri və abituriyentlər üçün nəzərdə tutulmuşdur.

TEZLİKLƏ SATIŞDA

Lüğətdə 2000-ə yaxın coğrafi ya termininin və terminoloji ifadəsinin izahı verilmişdir. Burada son illərdə coğrafi ya elmin ininkişafı ilə bağlı meydana gəlmiş, əvvəlki lüğətlərimizə daxil olmamış yeni terminlər öz əksini tapmışdır. Lüğət məqalələrinin 
klaster (şaxələndirmə) üsulu ilə qurulması, kütləvi oxucu üçün anlaşıqlı dildə olması, baş sözlərin elmi izahı ilə yanaşı, etimoloji izahının da verilməsi lüğətin əsas məziyyətlərindəndir.

Abunə ol

Saytımızdakı son yeniliklərdən xəbərdar olmaq üçün e-mailiniz daxil edin

Email-inizdə səhvlik var...
Abunə ol

404 Səhv

Axtardığınz səhifə tapılmadı!!!

Altun kitab
Altun kitab
SAYTI HACKLƏMƏ SƏBƏBİM ODUR Kİ.SİZƏ SAYTINIZDA ADMİN PANEL AÇIĞI OLDUĞUNU BİLDİRMƏKDİR SAYTDA HEÇ BİR DƏYİŞİKLİK OMAYIB.BUNUN QARŞI TƏDBİR GÖRÜN ƏKS HALDA YAD HACKERLER SAYTINIZI HACKLƏYƏCƏK
Ətraflı

Nəşriyyatın əsas fəaliyyət istiqaməti uşaq kitablarının və orta məktəblər üçün tədris ədəbiyyatının nəşridir. İndiyə kimi nəşriyyatda 120-dən çox uşaq kitabı, dərslik və dərs vəsaiti işıq üzü görmüşdür. Son dövrdə nəşriyyatda məktəbəqədər yaşlı uşaqlar üçün vəsaitlərin və məktəblilər üçün lüğətlərin hazırlanması üzrə layihələrə start verilib. Bu sahədə ərsəyə gətirilən intellektual məhsullar həm də interaktiv elektron sorğu və tədris materialı kimi hazırlanaraq azdili.az və cirtdanbala.az saytlarında yerləşdirilir. 

Uğurlarımız

Tədris ədəbiyyatı sahəsində “Altun Kitab”ın prioritet istiqaməti Azərbaycan dili dərsliklərinin, iş dəftərlərinin, qiymətləndirmə vəsaitlərinin, metodik vəsaitlərin nəşridir. «Altun Kitab» nəşriyyatı Azərbaycan Təhsil Nazirliyinin keçirdiyi bir sıra dərslik müsabiqələrinin qalibi olmuşdur. Respublikanın ümumtəhsil məktəbləri üçün 1-ci sinifdən 7-ci sinfə kimi Azərbaycan dili dərslikləri bu nəşriyyatda hazırlanmışdır.

«Altun Kitab» bir çox yerli və beynəlxalq kitab sərgilərinin və müsabiqələrinin iştirakçısı olmuşdur. Nəşriyyatın rəssamı Elçin Cabbarovun miniatür janrında işlənmiş orijinal illüstrasiyaları ilə müşayiət olunan «Qabusnamə» kitabı 2006-cı ildə Moskvada keçirilən MDB ölkələrinin kitab müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.

 

Tərəfdaşlarımız

Oxucu auditoriyası ilə sıx təmasda işləyən «Altun Kitab» daim istedadlı mütəxəssislər axtarışındadır, dövlət və özəl təşkilatlarla əməkdaşlıq üçün daim açıqdır. Nəşriyyatın əməkdaşlıq etdiyi təşkilatlar arasında Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, F.Köçərli adına uşaq kitabxanası, Bakı Kitab Klubu və bir çox digər təşkilatların adını çəkmək olar.

Nəşriyyatın kitabları, əsasən, CBS poliqrafiya müəssisəsinin mətbəəsində (Bakı) və Türkiyənin ən iri poliqrafiya müəssisələrindən biri olan Meqa mətbəəsində (İstanbul) çap olunur.

Öz kitablarının daim təkmilləşməsində maraqlı olan nəşriyyat fəaliyyət göstərdiyi bir neçə il ərzində onlarla qabaqcıl orta məktəb müəllimi, alim, rəssam və dizaynerlərlə işbirliyi qura bilmişdir ki, nəşriyyatın uğurlarında bu mütəxəssislərin də böyük əməyi var.

 

Nəşriyyatın strukturu

·         Direktor

·         Redaktə şöbəsi:

- dərslik və vəsaitlər

- məktəbəqədər təhsil

- bədii və elmi-kütləvi ədəbiyyat

- lüğətlər

·         Maliyyə şöbəsi

·         Marketinq və satış şöbəsi

·         Dizayn və istehsalat şöbəsi

Bağla
Rafiq İsmayılov
Rafiq İsmayılov
Rafiq Ələkbər oğlu İsmayılov – nəşriyyatın təsisçisi və direktoru. 1960-cı ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 70 №-li orta məktəbini, 1982-ci ildə  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir.
Ətraflı

M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda laborant, müəllim (1982-1984), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, elmi katib (10984-1989), «Xəzər» jurnalında redaktor (1990-1991) vəzifələrində çalışmışdır.

1991-ci ildən kitab-nəşriyyat biznesi ilə məşğuldur. “Azadlıq”, “Fineko”, “Yeni nəsil” nəşriyyat müəssisələrinə rəhbərlik etmiş, 1999-2002-ci illərdə Azərbaycan Naşirlər birliyinin sədri olmuşdur. 2004-cü ildə “Altun kitab” nəşriyyatını yaratmışdır. Hazırda həmin nəşriyyata rəhbərlik edir.

Filologiya üzrə fəlsəfə doktorudur. 100-dən çox kitab və dərslikdə redaktor, tərcüməçi, dizayner, nəşr layihəsinin rəhbəri kimi iştirak etmişdir. «Mətbuatda reklam», «Nəşriyyat işi», «Azərbaycanda nəşriyyat işi», «PR – bütün yollar KİV-ə aparır» kitablarının müəllifi, orta məktəblərin 1-7-ci sinifləri üçün Azərbaycan dili dərslik və dərs vəsaitlərinin həmmüəlifidir. 

Bağla
Əhməd  Nəbiyev
Əhməd Nəbiyev
Əhməd Emil oğlu Nəbiyev 2004-cü ildən "Altun Kitab" nəşriyyatın marketinq şöbəsində çalışır.
Ətraflı

1984-cü ildə Qazax rayonunda anadan olub. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Kooperasiya Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində marketinq ixtisası üzrə təhsil alıb.

Bağla
Elçin Cabarov
Elçin Cabarov

Elçin Ağarza oğlu Cabarov 2004-cü ildən "Altun Kitab" nəşriyyatı ilə əməkdaşlıq edir.

Ətraflı
1967-ci ildə Bakı şəhərində anadan olub. 1991-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Rəngkarlıq, qrafika və keramika sahəsində müxtəlif janrlarda yaratdığı əsərlər bir sıra sərgilərdə nümayiş etdirilib. Son dövrlərdə kitab qrafikası sahəsində məhsuldar çalışır. Onun illüstrasiyaları ilə nəşr edilmiş “Qabusnamə” kitabı 2006-cı ildə Moskvada keçirilmiş MDB ölkələrinin kitab müsabiqəsində 1-ci yeri tutmuşdur.
Bağla
Şəlalə Rüstəmova
Şəlalə Rüstəmova

Şəlalə Məmməd qızı Rüstəmova 2012-ci ildən "Altun Kitab" nəşrlər evində  rəssam-dizayner vəzifəsində çalışır.

Ətraflı

1978-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirib.2004-2006-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsinin kitab üzrə rəssam şöbəsində magistr təhsili alıb. 

Bağla
Rəşad Nəbiyev
Rəşad Nəbiyev

Rəşad Emil oğlu Nəbiyev 2008-ci ildən "Altun Kitab" nəşriyyatında texniki redaktor vəzifəsində çalışır.

Ətraflı

1986-ci ildə Qazax rayonunda anadan olub. 2008-2013-illərdə Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft mədən fakültəsində faydalı qazıntı yataqlarının işlənməsi ixtisası üzrə təhsil alıb. 

Bağla
Günel İsmayılova
Günel İsmayılova
Günel Rafiq qızı İsmayılova 2006-ci ildən "Altun Kitab" nəşriyyatında dizayner vəzifəsində çalışır.
Ətraflı

1988-ci ildə Bakı şəhərində anadan olub. 2006-ci ildə 70 nömrəli pilot-lisey məktəbini, 2010-cu ildə Azərbaycan Dövlət Texniki Universitetinin informatika və hesablama texnikası fakültəsini bitirib.


Bağla
İlhamə Baxşəliyeva
İlhamə Baxşəliyeva
İlhamə Tofiq qızı Baxşəliyeva 2013-cü ildən “Altun kitab” nəşriyyatında redaktor vəzifəsində çalışır.
Ətraflı

 1988-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 2010-cu ildə “Ədəbi tənqidin nəzəriyyəsi və tarixi” ixtisası üzrə Bakı Slavyan Universitetinin magistratura şöbəsinə qəbul olunub, 2012-ci ildə elmi-tədqiqat işini Ədəbiyyatşünaslıq istiqamətində İxtisaslaşdırılmış Elmi Şurada əla qiymətlə müdafiə edərək magistr ixtisaslaşma dərəcəsi və magistr fərqlənmə diplomuna layiq görülüb. Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantıdır.

 

Bağla
Səbinə Vəzirova
Səbinə Vəzirova
Səbinə Rüfət qızı Vəzirova 2014-cü ildən “Altun Kitab” nəşrlər evində rəssam-dizayner kimi fəaliyyət göstərir.
Ətraflı

1990-cı ildə Naxçıvan şəhərində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Ə.Əzimzadə adına Rəssamlıq Kollecində rəngkarlıq ixtisası üzrə təhsil almışdır. 2014-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət fakültəsini bitirmişdir. 

Bağla
Ekitabxana

Bos yer saxlamisiz...
*Adinizi daxil edin
*Soyadinizi daxil edin
*Emailnizde sehvlik var
*Metni daxil edin
Layihələrimiz
Ayın kitabı