İlk dəfə 1907-ci ildə işıq üzü görən "Gizli agent" əsəri Konradın ən çox oxunan, maraqlı süjet xəttinə malik romanlarından biridir. Romanda hadisələr Londonun arxa küçələrindən birində baş verir. Cənab Verlok ticarətlə məşğuldur, lakin bu, gözdən pərdə asmaq üçündür. Əslində isə o, gizli casus və peşəkar anarxistdir, qarşısına qanlı hadisələr törətmək vəzifəsi qoyulub...