Sizə təqdim olunan və müxtəlif illərdə (1893, 1908, 1913 və 1917) qələmə alınmış hekayələrdən ibarət növbəti silsilədə Şerlok Holmsun bir-birindən həyəcanlı yeni macəraları ilə tanış olacaqsınız. İllər keçib, məşhur xəfiyyə qocalıb, lakin onun sadiq dostu doktor Vatsonun Şerlok Holms barədə danışacağı hələ çox hekayət var...