"Süleyman şahın xəzinələri" romanında hadisələr Haqqardın özünün də bir müddət yaşayıb işlədiyi Cənubi Afrikada baş verir. Günlərin bir günü Allan Kvotormeyn dostu kapitan Hud və ser Henri Kurtislə qarşılaşır. Kurtis Kvotormeyndən itkin düşmüş qardaşı Corcun tapılması üçün kömək istəyir. Bununla da həyəcan dolu, qeyri-adi hadisələr başlayır.