İndi sizə təqdim olunan və 1892-1893-cü illərdə qələmə alınmış hekayələrdən ibarət növbəti silsilədə Şerlok Holms yenə bir-birindən həyəcanlı macəraların ağuşuna düşür. Birnəfəsə oxuyacağınız bu kitabda Holmsun böyük qardaşı, parlaq zəkalı Maykroft və məşhur xəfiyyənin ən böyük düşməni – professor Moriarti kimi maraqlı, yaddaqalan obrazlarla qarşılaşacaqsınız.