Görkəmli Amerika yazıçısı, Nobel mükafatı laureatı Con Steynbek 1902-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olmuşdur. İlk uğurunu "Tortilya-Flet kvartalı" (1935) adlı povesti ilə qazanmışdır. Yazıçı İkinci Dünya müharibəsində hərbi müxbir kimi də fəaliyyət göstərmişdir.
"Qəzəb salxımları", "Siçanlar və adamlar", "Həyəcanlarımızın qışı", Cənnətdən şərqə doğru" kimi əsərlər yazıçıya böyük şöhrət gətirmişdir.
Oxuculara təqdim edilən "Mirvari" povestində hindu Kinonun başına gələn faciəli hadisədən bəhs olunur. O, qiymətli bir mirvari tapır və bununla bütün arzularına çatacağını düşünür. Lakin sonda başa düşür ki, sərvət heç də həmişə insana xoşbəxtlik gətirmir.