Hüqonun uşaqlığı Napaleon ordusunun generalı olan atası ilə birlikdə Marseldə, Korsikada, Elbada, İtaliya və İspaniyanın müxtəlif şəhərlərində keçmişdir. Bu onun dünya görüşünə böyük təsir göstərmişdir.
Onun 1831-ci ildə çap olunan “Paris Notr-Dam kilsəsi” əsəri fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur. Romanda dinin insanları, cəmiyyəti öz əsarəti altında saxlaması, hüquqsuzluq, cəhalət və s. kimi məsələlərə toxunulur. V.Hüqo təsvir etdiyi dövrün əlamətlərini romanın qəhrəmanlarının – Kvazimodo, Klod Frollo, Esmeraldanın xarakter və talelərində təcəssüm etdirməyə çalışmışdır.