Artur Konan Doylun (1859-1930) “Dördlərin işarəsi” romanı elə ilk səhifələrdən oxucununu həyəcanda saxlayır. Meri Morsten adlı xanım Şerlok Holmsun yanına gələrək vaxtilə ona göndərilən əsrarəngiz mirvarilər və illər öncə itkin düşən atası haqqında danışır. Holms həm qiymətli daşların sirrini, həm də itkin atanın taleyini öyrənmək üçün hərəkətə keçir. Lakin gözlənilməz hadisələrlə qarşılaşır. Polis baş verənləri çözməkdə acizdir, lakin təcrübəli Şerlok Holms və onun dostu doktor Vatson üçün həyatda mümkün olmayan heç nə yoxdur…