Görkəmli yazıçı-dramaturq Süleyman Sani Axundov 1875-ci il oktyabr ayının 3-də Şuşada bəy ailəsində anadan olmuşdur.
1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirən Axundov ömrünün axırınadək tədris və jurnalistika ilə məşğul olub. S.S.Axundovun ilk əsəri “Tamahkar” komediyasıdır. O bu əsərini M.F.Axundovun “Hacı Qara” komediyasının təsiri ilə 1899-cu ildə yazmışdır. Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, onlarda gözəl həyat arzulaı oyatmağa çalışmışdır. “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” və başqa pyeslərin müəllifidir.